Demokrat.az bu barədə agentliyə istinadən xəbər verir.
Sözügedən küçənin asfalt-beton örtüyündə müəyyən çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri bu problemin aradan qaldırmasına yönəldilib.
Təmir işləri küçənin Kövkəb Səfərəliyeva - Puşkin küçələri arasında yerləşən təqribən 500 metrlik hissəsində aparılır. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda frezlənmiş hissəyə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.
Növbəti mərhələdə təmir işləri 28 may küçəsinin Puşkin - Rəşid Behbudov küçələri arasında yerləşən hissəsi üzrə aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yağış barmaqlıqlarının və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və yaxud tam məhdudlaşdırılır.
"Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
10Источники
-
valyuta.azTəmirə bağlanan “28 may”ın qarşısında hansı işlər GÖRÜLÜB? – FOTO/VİDEO ( 10021957)
-
bizim.mediaTəmirə bağlanan “28 may”ın qarşısında hansı işlər GÖRÜLÜB? – FOTO/VİDEO ( 10021468)
-
hafta.az28 May küçəsində təmir işləri aparılır - VİDEO ( 9824990)
-
big.azBakının 28 May küçəsində təmir işləri aparılır ( 9824840)
-
moderator.azBakının bu küçəsində təmir işləri aparılır - FOTO/VİDEO ( 9823943)
-
moderator.azBakının bu küçəsində təmir işləri aparılır ( 9823838)
-
teleqraf.comBakının bu küçəsində təmir işləri aparılır ( 9823124)
-
az.trend.azSürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində təmir işləri aparılır ( 9823022)
-
veteninfo.azBakının 28 May küçəsində təmir işləri aparılır ( 9822498)
-
demokrat.az28 May küçəsində təmir — VİDEO ( 9822377)