Son sutka ərazində İsrailin Qəzzaya hücumları nəticəsində 36 nəfər ölüb, 54 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da, 2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağında həlak olanların sayı 39 965-ə çatıb, 92 294 nəfər isə yaralanıb.