Gürcüstan-Rusiya sərhədinə gedən yolda məhdudiyyətlər tətbiq edilir.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun 132-135-ci km-də yerləşən Devdoraki tunelində cari təmir işləri ilə əlaqədar avqustun 15, 16 və 17-də saat 10:00-dan 19:00-dək bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Tunelin bağlanması zamanı avtomobillər dolay yoldan istifadə edə biləcək.