Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Şahnoza Mirziyoyeva Özbəkistan Milli Paralimpiya Komitəsi sədrinin birinci müavini seçilib.
“İki sahil” UzNews.uz-a istinadla xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
O, 2023-cü ildən Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini vəzifəsini də icra edib.
Şahnoza Mirziyoyeva 1986-cı ildə Daşkənddə anadan olub. O, pedaqoji elmlər namizədidir, hüquq və qlobal iqtisadiyyat üzrə magistr dərəcəsinə malikdir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”