Goranboyda qəza zamanı yeniyetmə minik maşınının açılan qapısından yerə düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Xanqərvənd kəndi istiqamətində baş verib. Motosokletin “Xəzər” markalı avtomobillə toqquşması zamanı minik maşınında olan 2008-ci il təvəllüdlü yeniyetmə Nuri Səid Müşfiq qapının zərbənin təsirindən açılması nəticəsində maşından yerə yıxılıb. Ayaq və qol nayihələrindən müxtəlif bədən xəsarətləri alan yaralı yeniyetmə xəstəxanaya çatdırıllb.
Faktla bağlı araşdırma aparılır.