"Zirə" "Qəbələ"yə, "Qarabağ" "Səbail"ə qarşı - YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında lider "Zirə" azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Komandalar arasında birinci dövrə baş tutan oyunda bölgə təmsilçisi qələbə qazanıb (1:0).
Turun son oyununda "Qarabağ" "Səbail"i sınağa çəkəcək. Komandaların bu mövsümkü birinci matçında "Səbail" üstün olub (2:1).
Azərbaycan Premyer Liqası XIII tur
12 noyabr
16:30 Zirə - Qəbələ Baş hakim: Elçin Məsiyev Zirə İdman Kompleksinin stadionu
19:00 Qarabağ - Səbail Baş hakim: Rəvan Həmzəzadə Tofiq Bəhramov adına Respublika stadionu