RU

TƏBİB bu qurumun əməkdaşlarına təlim keçdi - FOTOLAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna üz tutan turistlərin sağlamlığı ilə əlaqəli yarana biləcək təcili hallar zamanı ilkin tibbi yardım üsullarının öyrədilməsi məqsədilə TƏBİB tərəfindən Qoruğun əməkdaşlarına “Təməl həyata dəstək” təlimləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərin başlıca məqsədi xidmət sektoru əməkdaşlarının təcili tibbi yardım standartlarını bilməsi, bu standartları praktikada həyata keçirməsidir.

TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, uzman həkim Turan Tahirli və həkim Fəxriyyə Quliyevanın iştirakı ilə keçirilən təlimlərə qoruqda müxtəlif vəzifələrdə çalışan əməkdaşlar cəlb edilib. 

Təlimdə muzey baxıcıları və ekspozisiya şöbəsi, mühafizə və bələdçi xidmətləri də daxil olmaqla, ümumilikdə İdarənin 65 nəfər əməkdaşı iştirak edib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna üz tutan turistlər arasında özündəngetmə (huşsuz vəziyyət), nəfəs yollarına yad cisim düşməsi, günvurma, istivurma, qida zəhərlənməsi və s. kimi təcili tibbi yardım tələb edən vəziyyətlər zamanı göstərilməsi vacib olan ilkin tibbi yardım üsulları həm nəzəri, həm də praktiki olaraq təlim iştirakçılarına izah edilib.

İnteraktiv şəkildə davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Избранный
21
7
bakivaxti.az

10Источники