RU

Qiymətli metalların satış gəliri 1 milyard 292 milyon manatı ötüb - “AzerGold” QSC-nin sədri

Bakı. Trend:

“Ölkəmizin qeyri-neft sektoru üzrə ixracatçı dövlət subyektlərisırasında ön pillərdə qərarlaşmaq, sahə üzrə davamlı iqtisadiinkişafa müsbət təkan vermək məqsədilə “AzerGold” QSC ötəndövrlərdə olduğu kimi, 2024-cü ilin ilk 7 ayı ərzində dəfəaliyyətini uğurla davam etdirib”.

Trend xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Qeyd olunub ki, QSC istismar fəaliyyəti apardığı Daşkəsənrayonunda yerləşən bir hasilat sahəsində yanvar ayından iyuladək34.7 min unsiya qızıl, 57.7 minunsiya gümüşün hasilatını həyata keçirib: “Ötən ilin eyni dövrü iləmüqayisədə qızıl hasilatında 49 % artıma nailolunub”.

Z.İbrahimov bildirib ki, cari ilin ilk 7 ayı ərzində25.8 min unsiya qızıl, 46 minunsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyatakeçirilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl satışında1% artım qeydə alınıb. Nəticədə ötən ilin eynidövrü ilə müqayisədə 19% daha çox olmaqla103.8 milyon manat gəlir əldə edilib”.

İdarə Heyəti sədri əlavə edib ki, 2024-cü il üçün hasilathədəfimiz ötən illə müqayisədə 10%, satışhədəfimiz 3% artırılaraq,70 minunsiyaya çatdırılıb.

“Bugünədək qiymətli metalların yerli və xarici bazarlarda satışınəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 292milyon manatı ötüb. Vəsaitin 1 milyard 231 milyonmanatını ABŞ dolları ekvivalentində ixrac gəlirləri,61 milyon manatını isə daxili satışlardan əldəedilmiş gəlirlər təşkil edir”, - deyə Z.İbrahimov qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
1
az.trend.az

9Источники