RU

Ukrayna Kurska “Wiesent“lə giribmiş - “Bild“

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Leopard 1 tankı əsasında yaradəılmış Almaniyanın "Wiesent" mühəndis tankından istifadə edib.

News365.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti köşə yazarı Yulian Repkeyə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, Almaniyadan Ukraynaya bir neçə belə döyüş maşını göndərilib ki, bunlardan ya cəbhə xəttinin yarılması, ya da müdafiə xətlərinin yaradılması üçün istifadə olunur. Ukrayna Silahlı Qüvvələrinin Wiesent-dən tam olaraq nə üçün istifadə etdiyi məlum deyil. 

Repke həmçinin Ukrayna qoşunlarının sərhəd bölgələrində hərəkət istiqamətləri ilə bağlı fərziyyələrini də bölüşüb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
50
news365.az

10Источники