RU

Gözlənilən müsahibə baş tutdu: Tramp 2 saatdan çox danışdı

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska müsahibə verib.

Publika.az xəbər verir ki, müsahibənin yayımlanması planlaşdırılan “X” platformasında texniki problemlər baş verib.

Mask məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem DDOS hücumlarından (kiberhücum) qaynaqlanıb. Bununla da, müsahibə planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb. Onların söhbəti keçmiş prezidentin iyulun 13-də Pensilvaniya ştatındakı mitinqində sui-qəsd cəhdindən necə sağ çıxdığını danışması ilə başlayıb.

Müsahibə əsnasında Tramp bir neçə mövzudan bəhs edib. O, ABŞ-nin vitse-prezidenti, seçki yarışında rəqibi Kamala Harrisin hazırkı prezident Co Baydendən daha bacarıqsız olduğunu bildirib.

“Bayden bacarıqsızdır. Düzünü desəm, Harrisin ondan daha bacarıqsız olduğunu düşünürəm”, - deyə Tramp qeyd edib.

Siyasətçi həmçinin vurğulayıb ki, səriştəsiz Vaşinqton administrasiyası ucbatından Ukraynada və Qəzza zolağında münaqişələr baş verib.

O bildirib ki, belə münaqişələr ümumiyyətlə olmamalı idi.

“Bizim səriştəsiz hökumətimiz var. Səriştəsiz insanlar var ki, onlar ölkəni idarə etməməlidirlər”, - deyə keçmiş prezident bildirib.

Избранный
105
50
publika.az

10Источники