RU

WP: İranlı hakerlər Tramp və Baydenin seçki kampaniyasına hücum ediblər

İranla əlaqəsi olduğu iddia edilən xarici hakerlər ABŞ-da prezidentliyə namizəd Respublikaçı Donald Trampın seçki qərargahına hücum etməyə cəhd ediblər.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə qrup təkcə Trampın deyil, həm də Demokratlar Partiyasından olan ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməzdən əvvəl seçki qərargahına hücum etmək istəyiblər.

Onların sözlərinə görə, Bayden kampaniyasının üç əməkdaşı yarışı tərk etməzdən əvvəl elektron üçnvan vasitəsilə aldadıcı məktub alıblar.

Nəşr qeyd edir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hər iki iki seçki qərargahından məlumat oğurlamaq cəhdlərinin arxasında İranın dayandığına inanır.

Hələ ki, müstəntiqlərin hakerlərin seçki qərargahını sındırmaq cəhdlərinin uğurlu olduğuna dair dəlili yoxdur. Hakerlərin Trampın keçmiş müşaviri Rocer Stounun respublikaçıların seçki qərargahı ilə rəsmi əlaqəsi olmayan e-poçt yazışmalarına giriş əldə etdiyinə dair sübutlar var.

Qəzetin məlumatına görə, FTB araşdırmaya 2024-cü ilin iyununda başlayıb. İstintaq çərçivəsində kəşfiyyat işçiləri başqa şeylərlə yanaşı “Google”-a müraciət ediblər.

Hələ də araşdırma mərhələsində olduğu üçün, məsələ ilə bağlı geniş məlumat verilmir.

Избранный
100
33
apa.az

10Источники