RU

Kursk qubernatoru aydın cəbhə xəttinin olmamasından şikayətləndi

...Kursk vilayətində dəqiq cəbhə xətti yoxdur, bu da düşmənin yerini müəyyən etməyi çətinləşdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov bazar ertəsi, avqustun 12-də prezidentlə görüşündə danışıb.

Avqustun 6-da səhər saatlarında ukraynalı yaraqlıların hücumuna məruz qalan Kursk vilayətindəki vəziyyəti şərh edən Smirnov qeyd edib ki,..bizim üçün problem ondadır ki, orada aydın cəbhə xəttinin olmadığını nəzərə alsaq, döyüş bölmələrinin harada olduğunu anlamaqdır.

O,həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri hazırda Kursk vilayətində 28 yaşayış məntəqəsinə nəzarət edir, düşmənin bölgəyə nüfuz etmə dərinliyi 12 kilometr, eni isə 40 kilometrdir.

Bunu İnterfaks xəbər verir.

...Bir qədər əvvəl Kursk vilayətində əsir götürülən ukraynalı əsgər bildirib ki, Ukrayna Silahlı Qüvvələri sülh danışıqları zamanı gələcək mübadilə üçün “daha ​​çox əraziləri” ələ keçirmək üçün əvvəlcə Kurska, sonra isə Belqoroda çatmağı planlaşdırıb.

Komandirlər bu əməliyyatı Ukraynanın son ümidi adlandırıblar..?

...Amerika mediası isə Kursk bölgəsinə hücumun məqsədininhələ də bəlli olmadığını yazır.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
143
44
sia.az

10Источники