RU

"Fiorentina" daha bir transfer reallaşdırıb

İtaliyanın "Fiorentina" klubu Fransa "Reyms"inin yarımmüdafiəçisi Amir Riçardsonun transferi ilə bağlı razılığa gəlib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı mərakeşli oyunçu üçün 9 milyon avro ödəyəcək.

Bunadan başqa, əlavə 1 milyon avro bonus da nəzərdə tutulub. Futbolçu yenidən satılacağı təqdirdə isə, "Reyms" bu keçiddən 10 faiz haqq alacaq.

Qeyd edək ki, A.Riçardson Fransa çempionatında meydana çıxdığı 28 oyunda, 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Избранный
82
17
bakivaxti.az

10Источники