Bakı. Trend:
Avqustun 10-da və 11-də ölkə ərazisində qeydə alınan 92, əvvəlkidövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə,axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxsqismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.