RU

TƏBİB-dən Göygöl və Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı açıqlama

TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Azpost.info -nun məlumatına görə, qurumdan  bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən ümumilikdə 50 nəfər qida zəhərlənməsi şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.38 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağırdır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 50 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 46 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

Gəncə və Göygöldə kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Hadisə “Ağ ayı”, “Xan yurdu” və  “Araz” iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb.

Fərqli hadisələr zamanı hələ ki, dəqiq bilinməyən səbəbdən 130 nəfərdən çox zəhərlənən var. Hər üç hadisə ilə bağlı Göygöl Rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

Prokurorluğun müstəntiqləri hadisə yerlərinə cəlb ediliblər. İlkin dəlil və sübutlar toplanıb, o cümlədən, zəhərlənməyə səbəb olacaq qidalardan nümunələr götürülüb.

Hazırda zəruri istintaq hərəkətləri davam edir.

Избранный
29
3
azpost.info

4Источники