Livan ərazisindən İsrailin şimalına ən azı 30 raket atılıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" kanalı məlumat yayıb .
Raket buraxıldıqdan sonra İsrailin şimalında həyəcan təbili çalınıb. Kabri bölgəsinə raketlər atılıb. Onların bəziləri açıq ərazilərə düşüb.
İsrail ordusu cavab olaraq düşmənin atəş mövqelərinə zərbələr endirib.