RU

İsrail kəşfiyyatı açıqladı: İran bu vaxt hücuma keçəcək

İsrail kəşfiyyatı hesab edir ki, İran HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalının müxbiri iki mənbəyə istinadən məlumat verib.

“İsrail kəşfiyyat xidmətlərinin yenilənmiş qiymətləndirməsinə görə, İran Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, avqustun 15-də keçiriləcək girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər”.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
94
9
musavat.com

10Источники