RU

Liberty Media Red Bull-dan Serxio Peresi saxlamağı xahiş edib

F-1.az xəbər verir ki, nəşrin mənbəyi bildirib ki, Formula1-in sahibləri olan Liberty Media guya çempion komandanın rəhbərliyinə Serxio Peresi işdən çıxarmamaq xahişi ilə müraciət edib.

Məsələ burasındadır ki, meksikalı sürücü doğma ölkəsində çox məşhurdur və Formula 1-in sahibləri Peresin işdən çıxarılmasının oktyabr ayında keçiriləcək Meksika Qran Prisinin bilet satışlarının kəskin azalmasına və müvafiq olaraq, mərhələnin təşkilatçılarının və Liberty Media-nın gəlirlərinin azalmasına səbəb olacağından ehtiyat ediblər.

F1-Insider-in məlumatlarının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. Britaniya PlanetF1 nəşri alman həmkarlarının məlumatını şərh etmək xahişi ilə Liberty Media-ya müraciət edib, lakin materialın dərc olunduğu ana qədər Formula1-in sahiblərindən cavab alınmayıb.

Избранный
47
f-1.az

1Источники