Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalamıb. Yeniavaz.comxəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 dollar və ya 0,65% artaraq 83,38 dollara yüksəlib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.