RU

Kadırov: 2-3 günə Kursk vilayətində müsbət dəyişikliklər olacaq

Avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalan Kursk vilayətində müsbət dəyişikliklər yaxın bir neçə gün ərzində baş verəcək. 

News24.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

“2-3 gün gözləyin, Kursk istiqamətində müsbət dəyişikliklər olacaq”, - deyə rəhbər əmin edib.

Bundan əvvəl general-mayor Apti Alaudinovun "Axmat" çeçen xüsusi təyinatlılarının döyüşçüləri Kursk vilayətinə gəliblər.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya sərhədini pozaraq Kursk vilayəti ərazisinə keçməyə cəhd etsə də, ordu və sərhədçilər tərəfindən qarşısı alınıb. Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 6-dan 8-dək Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini atəşə tutması zamanı 66 nəfər yaralanıb. Onların arasında 9 uşaq da var.

Məryəm İlhamqızı

Избранный
95
49
news24.az

10Источники