RU

Bakının bu küçəsi təmir olunur

Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) təmir işləri aparılır.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Избранный
133
25
hafta.az

10Источники