RU

Britaniya xarici kibertəhlükələrlə mübarizə aparan bölmə yaratmağı planlaşdırır

Böyük Britaniya hökuməti xarici kibertəhlükələrlə, eləcə də süni intellekt (AI) texnologiyalarının yaratdığı təhlükələrlə mərkəzləşdirilmiş şəkildə mübarizə aparacaq bölmə yaratmaq üzərində işləyir.

Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Britaniyanın elektron kəşfiyyat xidməti, Hökumət Rabitə Qərargahı yeni hökumətlə “AI təhlükəsizliyi tədqiqat laboratoriyası” üzərində işləyir. Agentlik yazır ki, yeni departament “Böyük Britaniyanın düşmənlərinin süni intellektdən hücum məqsədləri üçün necə istifadə edə biləcəyini öyrənmək üçün dövlət qurumları və kəşfiyyatçıların işini bir araya gətirməyə” çağırılacaq.

Bölmə geniş spektrli məsələlərlə, o cümlədən dezinformasiyanın yayılması problemi ilə məşğul olacaq. “Bloomberg” qeyd edir ki, bu məsələ Böyük Britaniyada başlayan miqrantlara qarşı etirazlar kontekstində də aktualdır və Britaniya hakimiyyət orqanlarının fikrincə, sosial şəbəkələrdə xarici dövlətlərin dəstəyi ilə yaradılan botlar tərəfindən qızışdırıla bilərdi.

Xatırladaq ki, Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etiraz aksiyaları bir həftədən çoxdur ki, davam edir.

(redaktor.az)

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
142
11
viral.az

10Источники