RU

Paris-2024: Həsrət Cəfərov bürünc medal qazanıb

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

TEMPİNFO xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxıb. Həsrət Cəfərovun uğuru sayəsində “klassiklər”imiz Paris-2024-ü 1 medalla başa vurublar.

Yunan-Roma güləşi67 kqHəsrət Cəfərov Olimpiadada son görüşünə çıxıb. O, bürünc medal uğrunda qarşılaşmada Amantur İsmayılovla (Qırğızıstan) güləşib. Görüş idmançımızın inamlı qələbəsi ilə yekunlaşıb – 8:0. Bununla da Cəfərov Olimpiadanı bürünc medalla bitirib.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

TEMPİNFO

Избранный
71
1
tempinfo.az

2Источники