RU

İlkay Gündoğan “Fənərbağça” üçün İstanbulda

“Barselona” klubunun təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğan İstanbula gəlib.

TEMPİNFO xəbər verir ki, Türkiyə media nümayəndələri futbolçudan Türkiyə ziyarətinin səbəbini soruşublar. İlkay Gündoğan isə “Barselona”dan ikigünülk icazə aldığını və İstanbula dincəlmək üçün gəldiyini deyib.

Amma daha sonra məlum olub ki, “Barselona” klubunun ulduzu “Qalatasaray” və “Fənərbağça” klublarının təkliflərini dinləmək üçün Türkiyəni ziyarət edib.

Qeyd edək ki, İlkay Gündoğanın “Barselona” klubu ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.

TEMPİNFO

Избранный
21
1
tempinfo.az

2Источники