RU

Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər ümumilikdə 38744 yerli müşahidəçi qeydə alınıb.

Onlardan MSK-da qeydə alınan müşahidəçilərin sayı 5621, dairə seçki komissiyalarında (DSK) qeydə alınan müşahidəçilərin sayı 33 123 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
14
modern.az

10Источники