RU

ABŞ Avropanı qorumaq məcburiyyətində deyil – Vens

ABŞ hərbi təhlükə yarandığı halda Avropa ölkələrinin müdafiə qabiliyyətini təmin etməyə borclu deyil.

Olaylar xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.

"Harris administrasiyasının "Putini dayandırmasaq, Almaniyaya girəcək" deməsinə gəlincə, birincisi, bu doğru deyil, ikincisi, bu, Almaniyanın müdafiə qabiliyyəti haqqında nə deyir? Bu, dünyanın dördüncü və ya beşinci ən böyük iqtisadiyyatıdır. Almanlar öz müdafiələrinə sərmayə qoymalıdır. ABŞ Almaniyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinin qoruyucusu kimi çıxış etməməlidir", - o bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
49
olaylar.az

10Источники