RU

Rusiya və ABŞ vətəndaşlığı olan xanıma “dövlətə xəyanətə” görə 15 il həbs

Tərəflər arasında gedən debatda dövlət ittihamçısı dövlətə xəyanətdə ittiham olunan Rusiya və ABŞ vətəndaşlığı olan Kseniya Karelinanın 15 il ümumi rejimli koloniyaya salınmasını istəyib. RUBRİKA.AZ xəbər verir ki, bu barədə onun vəkili Mixail Müşailov görüşdən sonra jurnalistlərə bildirib."Prokurorluq [ümumi rejimli koloniyada] 15 il həbs cəzası istəyib”, - o deyib.Bundan əlavə, vəkil aydınlaşdırıb ki, onun fikrincə, belə bir müddət çox ağır cəza olardı. "Məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan bir çox çəqamlar var. O, bu və ya digər qanunsuz əməlin törədilməsində iştirakını təsdiq edən bütün sənədləri müstəqil şəkildə təqdim edib”.Karelinanın müdafiəsi ona xəyanət maddəsinə əsasən 12 il olan minimum hədddən aşağı cəza veriləcəyini gözləyir.Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən TASS-a verilən məlumata görə, Rusiya və ABŞ vətəndaşlığı olan 33 yaşlı Los-Anceles sakini Yekaterinburqda Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplamaqla dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. Qadın barəsində həbs-qəti imkan tədbiri seçilib. (qaynarinfo)RUBRİKA.AZ





Facebook-da paylaş

Избранный
72
1
rublika.az

2Источники