RU

Video / SosialLaçında itkin düşərək həlak olan hərbçi Fərid Məmmədov dəfn edilib - YENİLƏNİB - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovla Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS xəbər verir ki, hərbçinin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

***11:05

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovun nəşi ailəsinə təhvil verilib.

BAKU.WS-in məlumatına görə, o, Ağdamın Quzanlı Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb.

Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Allah rəhmət eləsin.

BAKU.WS VİDEO VİDEO

Избранный
56
20
far.az

10Источники