RU

Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə dəfn edilib

Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə dəfn edilib

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, həlak olan hərbçi ilə vida mərasimi keçirilib.

O, Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində F.Abdullayevin doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

Избранный
59
19
sonxeber.az

10Источники