İsrail ABŞ vasitəsilə Livanın şiə Hizbullah hərəkatını dinc əhaliyə zərər verəcəyi təqdirdə qeyri-mütənasib cavab verəcəyi ilə hədələyib.
Bu barədə "Axios" iki İsrail rəsmisinə istinadən xəbər verib.
Məlumata görə, son günlər İsrail bir neçə hərbi kanal vasitəsilə ABŞ-a "Hizbullah"ın ölkənin mərkəzi hissəsindəki hərbi bazalara zərbə endirmək cəhdi ilə mülki mərkəzlərə mümkün zərbələrdən narahat olduğunu çatdırıb.
Far.Az