RU

Yəmənin liman şəhərində daşqın: Azı 30 nəfər həlak olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yağan aramsız yağışlar Qırmızı dənizin sahilində yerləşən Yəmənin Hudeydə şəhərində daşqınlara səbəb olub.
Oxu.Az bu barədə "Abcnews"a istinadən xəbər verir.
Hudeydə şəhərinin valisi Məhəmməd Kahimin bildirib ki, leysan yağışları nəticəsində baş verən daşqınlar azı 30 nəfərin həyatına son qoyub, beş nəfərin taleyi naməlumdur.
O əlavə edib ki, daşqınlar səbəbi ilə 500 ev yaşayış üçün yararsız hala düşüb.
Məlumat üçün əlavə edək ki, Yəmənin liman şəhəri Hudeydə husilərin (Ənsərallah hərəkatı ) nəzarətindədir.
Избранный
47
2
oxu.az

2Источники