RU

J.D. Vens: “Rusiya təhlükəsi real olsa belə Avropanı müdafiə etmək məcburiyyətində deyilik

“ABŞ-ın hazırkı administrasiyasının Rusiyanın Avropa ölkələrini təhdid etməsi ilə bağlı iddiaları doğru deyil, lakin əks halda belə, Vaşinqton bu ölkələrin müdafiəçisi kimi çıxış etmək məcburiyyətində deyil”.

Editor.az xəbər verir ki, bunu ABŞ-da Respublikaçılar Partiyası tərəfindən vitse-prezidentliyə namizəd kimi irəli sürülən Ohayo senatoru J.D. Vans deyib.

“Semafor portalına danışan ABŞ vitse-prezidentliyinə namizəd J.D Harris administrasiyası deyəndə ki, əgər biz Putini Ukraynada dayandırmasaq, o, Almaniyaya yürüş edəcək, ilk növbədə, bu, doğru deyil”, – Vens qeyd edib. Bu iddianın əslində Almaniyanın müdafiə qabiliyyətini ortaya qoyduğunu deyən Vans Almaniya dünyanın dördüncü və ya beşinci iqtisadiyyatıdır və əgər Rusiyanın hücumunu dəf edə bilmirlərsə, bu o demək deyil ki, Amerika Almaniyanın müdafiəçisi rolunu oynamalıdır. Bu o deməkdir ki, almanlar indi öz müdafiələrinə sərmayə qoymalıdırlar. O bildirib ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Avropa ilə dostluğunu davam etdirəcək, lakin Avropa ölkələrindən hərbi potensial və Rusiyanın enerji resursları olmadan ehtiyaclarını ödəməkdə özünü təmin etməyi tələb edəcək.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
137
49
editor.az

10Источники