RU

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, lisey (məktəb-lisey) və gimnaziyaların direktorları iştirak edib.

TehsilForumu.Az xəbər verir ki , Avqustun 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən lisey (məktəb-lisey) və gimnaziyaların direktorları ilə görüş keçirilib.Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri, lisey (məktəb-lisey) və gimnaziyaların direktorları iştirak edib.Görüş zamanı çıxış edən İdarə müdiri Elçin Kərimov lisey və gimnaziyalara mərkəzləşdirilmiş müsabiqə yolu ilə şagirdlərin qəbulunun aparılmasının və eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində bilik-bacarıqları yüksək olan müəllim kadrların seçiminin əsas hədəflərdən olduğunu bildirib, həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib.İdarə müdiri təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsinin ümumi təhsil müəssisələrinin direktorlarının fəaliyyətindən bilavasitə asılı olduğunu bildirərək onları yenilikçi olmağa, daim araşdırmalar aparmağa səsləyib.Daha sonra cari tədris ili üzrə IV, VI, VII və IX siniflərin monitorinq (imtahan) nəticələri təhlil olunub, müvafiq təkliflər dinlənilib və onları maranlandıran suallar cavablandırılıb.Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 7 lisey (məktəb-lisey) və 2 gimnaziya fəaliyyət göstərir...

Избранный
64
tehsilforumu.az

1Источники