RU

Vens: “ABŞ Avropa İttifaqını müdafiə etməyə borclu deyil”

“ABŞ Rusiyadan gələn təhdid real olsa belə, Avropa İttifaqını müdafiə etməyə borclu deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd və Ohayo ştatından senator Cey Di Vens bildirib.

O qeyd edib ki, Rusiyadan hər hansı Avropa ölkəsinə təhdidlə bağlı ABŞ rəsmilərinin bəyanatları həqiqətəuyğun deyil.

Senator aydınlaşdırıb ki, əks halda belə, Ağ Ev Avropa ölkələrinin müdafiəçisi kimi çıxış etməyə borclu deyil.

“Kəmalə Harris administrasiyası deyir ki, əgər biz Putini Ukraynada dayandırmasaq, o zaman Rusiya Almaniyaya yürüş edəcək – birincisi, bunun yalan olduğuna inanıram, ikincisi: Almaniyanın hansı müdafiə qabiliyyəti var?”, – deyə Vens qeyd edib.

Vens bildirib ki, Almaniya bütün dünyada dördüncü və ya beşinci ən böyük iqtisadiyyata sahibdir: “Əgər o, Rusiyanın işğalını dəf edə bilmirsə, bu o demək deyil ki, ABŞ Almaniyanın təhlükəsizliyinin müdafiəçisi olmalıdır”.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
49
konkret.az

10Источники