RU

Paris-2024: Azərbaycan taekvondoçusu finaldadır

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə qarşılaşıb.

Maqomedov hər iki hissədə rəqibindən üstün olub – 9:4, 11:1.

Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
18
heftelik.az

10Источники