RU

İki il əvvəl Laçında itkin düşmüş hərbçinin nəşi Ağdamda ailəsinə təhvil verildi

İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, əsgər Fərid Əjdər oğlu Məmmədovun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib.

Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.


Telegram kanalımız
Избранный
37
18
yenisabah.az

10Источники