RU

Qulam İbrahimov vəfat edib -Foto

Tanınmış həkim-rentgenoloq, tibb elmləri namizədi Qulam İbrahimov vəfat edib.

Xəzərnews.az xəbər verir ki, Qulam İbrahimov 71 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Qulam Məşədi Əli oğlu İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb.1985-1998-ci illərdə aspirantura təhsilinə yiyələnib. 1990-cı ildən tibb elmləri namizədidir. O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində çalışırdı.

.

Избранный
106
29
xezernews.az

10Источники