RU

Hidayətdən orijinal jest: Olimpiya medalını məşqçisinin boynundan asıb – VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov şəxsi məşqçisi ilə görüşüb.

İdman.biz xəbər verir ki, bu, olimpiya çempionumuzun tarix yazdığı Fransa paytaxtından qayıtmasından sonra gerçəkləşib.

Hidayət məşqçisi Tərlan Həsənovun məşq keçdiyi zala yollanıb. Çalışdırıcısı ilə görüşən çempion Parisdə əldə etdiyi qızıl medalını Əməkdar məşqçinin boynundan asıb.

Qeyd edək ki, 73 kq çəkidə çıxış edən Heydərov Parisdə Azərbaycan yığmasına ilk qızıl medalı qazandırıb. O, 2024-cü ildə Olimpiya, dünya və Avropa çempionu titullarını qazanmaqla “qızıl het-trik” müəllifi olub.

TEMPİNFO

Избранный
44
1
tempinfo.az

2Источники