RU

Yarımfinalda iki azərbaycanlı rəqib oldu

Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək. H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.***Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb.
    O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb.İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib.***13.44Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.

    Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.

    Избранный
    2864
    8
    metbuat.az

    10Источники