"Araz-Naxçıvan" klubu növbəti transferini reallaşdırıb.
Apasport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Slavik Alxasovla müqavilə imzalanıb.
31 yaşlı cinah müdafiəçisi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərinə qoşulan futbolçu müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.
"Şamaxı"nın futbolçuları üçün seminar keçirilib
Alfonso Dominqes: "Mən Azərbaycan xalqını təmsil edirəm"
Paris-2024: Medal sıralaması
Təyyarədən məşqə: "Sabah" İrlandiyadadır
Georgi Dermençiyev: "Cütün taleyi Razqradda həll olunacaq"