RU

Ukraynada xırda oğurluq cinayət sayılmayacaq

Ukrayna prezidenti Volodimir Zelenski xırda oğurluğun dekriminallaşdırılması haqqında qanunu imzalayıb

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, həddi 3000 qrivnaya qədər artırılacaq və inzibati cərimələr qaldırılacaq.

 

Beləliklə, başqasının əmlakının xırda oğurluğu, əgər onun məbləği:

 

757 qrivnadan çox deyilsə, 850-1700 qrivna cərimə, 20 saatdan 30 saata qədər ictimai işlər və ya 5 sutka inzibati həbslə cəzalandırılır.

 

Oğurlanmış malın dəyəri 758-3028 qrivna qədər olduqda - 1700-5100 qrivna cərimə, 30 saatdan 40 saata qədər ictimai işlər və ya 5 gündən 10 günə qədər həbslə cəzalandırılır.

 

Təkrar oğurluğa görə cərimə 8500-17000 qrivna olacaq və həbs müddəti 15 günə qədər artırılacaq.

Избранный
34
2
modern.az

3Источники