RU

Xoruldamağa son qoyan yeni cihaz hazırlandı » Medical Media


Yuxu apnesinin qarşısını alan yeni cihaz süni intellektlə hazırlanıb. 

Konya Texniki Universitetinin Kompüter Texnologiyaları kafedrasının müəllimi Dr. Mehmet Balcı süni intellektlə yuxu apnesinin qarşısını alan yeni cihaz hazırlayıb.

Klassik cihazlardan fərqli olaraq, bizim cihaz apne tıxanmasını heç bir daralma olmadan xəstənin tənəffüs yolunda baş verməzdən təxminən 30 saniyə əvvəl aşkar edir və onun tam qarşısını alır" deyə Balcı cihaz haqqında məlumat verib.

Xatırladaq ki, Yuxu Apnesi yatdığımızda, nəfəs almanın tamamilə dayanması və ya azalması kimi təyin edilir. Sağlam insanlarda qısa intervallı olmağı normal qəbul edilsə də, baş vermə tezliyi və müddəti artdıqca, ciddi sağlamlıq problemlərinə yol aça bilir.

Избранный
68
medicalmedia.az

1Источники