Dünən Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu səfərdə Fransa təmsilçisi “Lill”ə 2-1 hesabı ilə məğlub olub.
Bu isə Türkiyənin UEFA ölkə xalı siyahısında geriləməsinə səbəb olub.
Belə ki, qardaş ölkə 9-cu sıradan 10-cu sıraya düşüb.
Bildirək ki, Türkiyənin aktivində 34.800 xal var. 9-cu sıraya yüksələn Çexiyanın isə xalı 34.850-dir.
Siyahının ilk üç sırasında isə İngiltərə, İtaliya və İspaniya qərarlaşıb.