RU

Fədayə arxiv görüntüsünü paylaşdı – VİDEO

Müğənni Fədayə Laçın arxiv paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabında 26 il əvvəl Azərbaycan Televiziyasında çıxışının bir parçasını yayımlayaraq görünüşündəki dəyişiklikdən yazıb.

“AzTV – 1998-ci il. Kökəlmişəm, elə bilirlər ki, üz-gözümü şişirtmişəm. Mən elə yaranandan gözələm, belə də davam edirəm”, – deyə F.Laçın vurğulayıb.

Qeyd edək ki, Fədayə Laçın ölkədə pandemiya elan olunduqdan sonra şair oğlu Əlhəmlə bərabər Rusiyaya köçüb və hazırda orada yaşayır. Müğənni ara-sıra toylara dəvət aldığı üçün Vətənə gəlir.

TEMPİNFO

Избранный
11
2
tempinfo.az

2Источники