RU

Azərbaycanda ana sosial şəbəkə hesabında öz övladını satmaq istədi

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı tədbir görülüb.

Milli.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report-a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin ediib.

Dövlət Komitəsi vətəndaşlara müraciət edərək, bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
2
49
milli.az

10Источники