Zərifə Əliyeva küçəsində asfaltlanma işləri aparılır - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) asfaltlanma işləri aparır.BUTA.TV agentliyə istinadən xəbər verir ki, küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.