RU

Ukrayna Çexiyadan reaktiv yaylım atəş sistemi alıb

Ukrayna ordusu Çexiyadan “Striga” reaktiv yaylım atəş sistemi alıb.

525.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Məlumata əsasən, “Striga” 122 mm-lik reaktiv sistemi 61-ci mexanikləşdirilmiş briqadaya təhvil verilib. Çexiya tərəfinin “Striga” sistemini Ukraynaya hərbi yardım çərçivəsində verməsi və ya Ukraynanın onu alması barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, “Striga” sovet dövründə istifadə olunan 122 mm-lik “BM-21 Qrad” reaktiv yaylım atəşi sisteminin təkmilləşdirilmiş versiyasıdır.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
647
29
525.az

10Источники