1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.
Oxu.Az xəbər verir ki, Bu, Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha öncə eyni səbəbdən triatlonçuların dörd məşqi ləğv edilib.
Xatırladaq ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları zamanı idmançıların qidalanmasında, qalacaq yerlə təmin edilməsində də problemlər yaranmışdı.