RU

Paris-2024: Sabah Şəriətinin rəqibi bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibini tapacaq.

Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da, medal qarşılaşmaları 21:30-da başlayacaq.

Yunan-Roma güləşi130 kqRio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq “klassik”imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

TEMPİNFO

Избранный
15
5
tempinfo.az

6Источники