RU

İran Paris-2024-də İsa peyğəmbərin təhqir olunmasına cavab verib - FOTO

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında İsa peyğəmbərin təhqir olunmasına cavab olaraq Tehran şəhər bələdiyyəsi diqqətçəkən banner hazırlayıb.
 
"Azad İran" "Telegram" kanalı xəbər ki, bannerdə Quranın "Nisa" surəsinin 171-ci ayəsindən sitat qeyd olunub.
 
Sözügedən ayədə deyilir: "Həqiqətən, Məryəm oğlu İsa Məsih Allahın peyğəmbəridir".
 
Xatırladaq ki, Paris-2024-ün açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin İsa peyğəmbərə həsr etdiyi "Sonuncu şam yeməyi" əsərinin təxribat xarakterli LGBT parodiyasını nümayiş etdiriblər.

 

 

 

Избранный
4
3
moderator.az

4Источники